Azərbaycanda istirahət imkanları asanlaşdırılır: bu xidmətlər UCUZLAŞACAQ
Gələn ildən etibarən turizm şirkətlərinin əmlak vergisində 75 faiz güzəşt tətbiq olunacaq. Praktiki olaraq bu o anlama gəlir ki, turizm şirkətləri hesabladıqları əmlak vergisinin yalnız 25 faizini ödəyəcəklər.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, 75 faizlik güzəştin tətbiq edilməsi turizm şirkətlərinin xərcinə təsir edəcək, turizm obyektlərində xərclərin azalmasına səbəb olacaq.
“Xərclərin azalması turizm obyektləri və şirktləri üçün daha aşağı xərclə və aşağı qiymətə xidmətlərin təklif edilməsi anlamına gəlir. Gözlənti ondan ibarətdir ki, gələn ildən etibarən daxili turizmdə qiymətlərin aşağı düşməsi mümkündür. Çünki xərclər azalır və bu, turizm şirkətlərinə imkan verəcək ki, daha aşağı qiymətə xidmətlər göstərsinlər”, - deyə o, əlavə edib.
Qeyd edə ki, Milli Məclisin dekabrın 5-də keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə bir sıra gedişlər öz əksini tapıb. Layihəyə əsasən, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana (hotel) və sanatoriya fəaliyyətlərində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı hallar istisna olmaqla) daşınmaz əmlaklara görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılacaq. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Oxşar xəbərlər
Tibbi turizmlə bağlı ilkin planlar hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tarif Şurasından iclas: Dərman qiymətləri... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bankların göndərdiyi xəbərdarlıq SMS-lərinin qiymətləri artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pensiyaçılara nağdsız alış-verişdə güzəştlər tətbiq olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rublun ucuzlaşmasının şok səbəbi - İqtisadçı açıqladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












