sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rövnəq Abdullayev: “Sanki böyük qardaşımı itirmişəm”
“Sanki böyük qardaşımı itirmişəm”.
Oxu.Az xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimində jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, Xoşbəxt Yusifzadə çox optimist insan idi:
“O işləri və göstərişləri yerinə yetirməyi ilə bütün gənclərə örnək idi. Ona hər zaman deyirdim ki, sən cavanlardan çox daha operativsən. Çox gözəl insan idi. Allah ona qəni-qəni rəhmət etsin. O bütün neftçilərin ürəyində iz qoyub getdi. Nə qədər ki, neft və neft şirkəti var, Xoşbəxt müəllim həmişə yaddaşlarda qalacaq”.
Oxşar xəbərlər
Rövşən Nəcəf: “Xoşbəxt Yusifzadənin vətəni üçün gördüyü işlər əvəzsizdir”
Rövşən Nəcəf akademik Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı başsağlığı verib - FOTO
Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir
SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
Sinan Oğan: "Qənirə Paşayevanın ölümü Türkiyə üçün də böyük itkidir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













