“ƏDV geri al” gəlirləri bu gündən vergidən azad edildi
Bu güdən etibarən “ƏDV geri al" mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşdi və hüquqi bazası formalaşdırıldı. Bu da həmin gəlirlərin vergidən azad edilməsinin Vergi Məcəlləsi ilə tənzimlənsinə imkan verəcək. Heç bir halda bu gəlirlər artıq vergiyə cəlb edilməyəcək.
Sizinxəbər.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (otellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır.
Oxşar xəbərlər
Növbəti ildən tibb müəssisələrinə ƏDV güzəşti tətbiq ediləcək
Azərbaycanda əmanət faizlərinin vergiyə cəlb olunması qaydası dəyişir
Azərbaycanda kinematoqrafiya müəssisələrinin mənfəəti 3 il müddətinə vergidən azad edilib
İqtisadiyyat Nazirliyi Qarabağda biznes qurmaq istəyənlərə müraciət edib
Vergi ödəyicilərinə - Xəbərdarlıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












