Komandası Prezidenti iqtisadi məsələdə aldadır – Ekspertdən iddia
sizinxeber.az xəbər saytı

Komandası Prezidenti iqtisadi məsələdə aldadır – Ekspertdən iddia


Prezident İlham Əliyev “Avronyus” kanalına geniş müsahibə verib. Xarici siyasət və Qarabağ kontekstində çox doğru mesajlar, sülhə çağırışlar var, Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyini çox aydın və düzgün şəkildə ifadə edib – çünki Prezident xarici siyasət, diplomatiya, təhlükəsizlik, beynəlxalq əlaqələr üzrə mütəxəssisdir, həm ixtisası, həm də böyük təcrübəsi bu sahələrdə ciddi uğurlu nəticələr əldə etməyə imkan verir - ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası buna əyani sübutdur.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Prezident iqtisadiyyat haqqında da danışıb, burada isə ciddi suallar və uyğunsuzluqlar var:

“İlham Əliyev iqtisadiyyatı dərindən bilməməlidir, bu normaldır, iqtisadi komanda Prezidenti doğru məlumatlandırmalı, baş verən proseslər haqqında düzgün informasiya və təqdimatlar etməlidirlər, amma görünən odur ki, iqtisadi komanda bunu ya bacarmır, ya da bilərəkdən, öz səhvlərini örtmək üçün yanlış məlumatlar ötürürlər.

“Avronyus”un jurnalisti iqtisadiyyat haqqında verdiyi sullara Əliyev, “heç bir problem, hər hansı bir risk görmürəm”, - cavabını verdi. Ən əsası, cənab Prezident dedi: “İqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın”.

Bu il, 2023-cü ilin dövlət büdcəsində hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən daxilolmalar 7 478 100 000,0 manat idisə, 2024-cü ilin qəbul olunmuş dövlət büdcəmizdə hüquqi şəxslərin mənfəət (gəlir) vergisi proqnozu cəmi 5 675 600 000,0 manat nəzərdə tutulub – təqribən 2 mlrd. manata yaxın vergilərdən daxilolmalar azalacaq. Bunu iqtisadi komanda Prezidentə məruzə edib səbəblərini deyiblərmi?! Bu ilin ilk 10 ayında Azərbaycanda ÜDM artımı cəmi 0,5% olub – bu MDB məkanında ən aşağı göstəricidir, iqtisadi komandada bunun hesabını Prezidentə verən olubmu?!

Gələn il növbədənkənar prezident seçkiləridir, qələbəyə ən yaxın İlham Əliyev görünür, çox istərdim ki, Prezident bu seçkilərdə öz iqtisadi proqramını açıqlasın, iqtisadi komandasına əl gəzdirsin, onlar artıq öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. İlham Əliyev ərazi bötövlüyünün və suverenliyimizin bərpasında müstəsna rol oynayaraq zatən tariximizdə yüzillərlə qalacaq iş bacardı – indi artıq iqtisadi inkişaf və rifah dövrünə qədəm qoymalıyıq. İndiki iqtisadi siyasətlə rifah dövləti qurmaq mümkün deyil. Ümumiyyətlə, “sosial dövlət” anlayışından kənarlaşmalıyıq, “rifah dövləti” konsepsiyası qəbul edilməlidir – məhz o zaman vergi daxilolmalarının artması məqsəd deyil də, nəticə olacaq, yəni, vətəndaşın rifahı artdıqca, ödədiyi vergilərin toplam həcmi yüksələcək. Bu elə bir məsələdir ki, toplananların yerini dəyişəndə cəm müsbət istiqamətdə dəyişir...”

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: "Məhz qondarma rejim erməniləri ərazini tərk etməyə və oradan köçməyə məcbur edib" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayramovdan Ermənistana çağırış: Seçim edilməlidir! [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: “Ermənistan hökuməti sentyabrın 20-dək baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağ daxili məsələdir, buna etiraz etmək cəhdi... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti prezident seçkiləri Azərbaycanın həyatında ciddi siyasi hadisə olacaq - ŞƏRH [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər