Azərbaycan Prezidenti: "Məhz qondarma rejim erməniləri ərazini tərk etməyə və oradan köçməyə məcbur edib"
"Məhz qondarma rejim erməniləri ərazini tərk etməyə və oradan köçməyə məcbur edib".
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək suverenliyini tam şəkildə təsbit edib və öz ərazisində mövcud olan qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsini təmin edib. Bu baxımdan Azərbaycanın atdığı addımlar tam şəkildə beynəlxalq hüquqa uyğun olub.
Dövlətimizin başçısı əlavə edib ki, əksinə, bu məsələni başa düşməyən dövlətlərin özlərinin dünyanın müxtəlif bölgələrində həyata keçirdikləri siyasətlərinə görə beynəlxalq hüquqla ciddi problemləri var.
Prezident İlham Əliyev mərkəzi hökumət tərəfindən Qarabağdan olan erməni sakinlərə humanitar yardımların göstərildiyini və onların qeydiyyatı prosesinin başlandığını bildirib.
Oxşar xəbərlər
Şarl Mişel İlham Əliyevə zəng etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın 8 kəndi hələ də işğaldadır - Prezident [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əliyev açıqladı: Buna görə görüşdə iştirak etmədik! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentdən xəbərdarlıq: Yeni qarşıdurma baş verərsə... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: “Qranadada Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












