Aleksandr Tarakanov: Olimpiya oyunlarındakı nəticəmizə görə Azərbaycan xalqından üzr istəyirəm
“İlk növbədə federasiyanın Prezidenti Mikayıl Cabbarova təşəkkür etmək istəyirəm. Həmçinin, göstərdikləri dəstək üçün Güləş Federasiyasına da təşəkkür etmək istəyirəm. İdmançılarımız yüksək nəticə göstərib. Bu, məşqçilərin, idmançıların, federasiyanın ortaq uğurudur”.
Bu sözləri APA-ya açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov deyib.
“Eyni zamanda mən olimpiya oyunlarındakı nəticəmizə; bir medal qazandığımıza görə, Azərbaycan xalqından üzr istəyirəm. Biz daha yüksək nəticə gözləyirdik. Amma hazırda çox güclü, gənclərdən ibarət olan komanda yığılır. Onlar gələn il millimizi təmsil edəcək. Biz güclü komanda hazırlayırıq. Zənnimcə, gələcəkdə dünya ölkələrinin millilərinə bizim idmançılarımızla mübarizə aparmaq çətin olacaq. Düşünürəm ki, Los-Ancelesdən də bu cür sevinclə qayıdacağıq”, - deyə o bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Olimpiya Oyunlarındakı uğurlarımız göstərir ki, Azərbaycan güclü idman dövlətidir
MOK Prezidenti Paris Olimpiadasının medalçılarını mükafatlandırıb
Eldəniz Əzizli: Bu təkcə mənim yox, bütün komandanın qələbəsidir
Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçiyə uduzub - YENİLƏNİB 2
BMT-nin İnkişaf Proqramının Rezident Əlaqələndiricisi Azərbaycana təşəkkür edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
-
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
-
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
-
Sumqayıtda 91 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
-
Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.12.2024)