Netanyahu hökumətin iclasından sonra Trampla telefon danışığı aparıb
sizinxeber.az xəbər saytı

Netanyahu hökumətin iclasından sonra Trampla telefon danışığı aparıb


İsrailin Baş naziri Benyamin Netanyahu mayın 6-da hərbi-siyasi kabinetin iclası başa çatdıqdan sonra ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Bu barədə "Sizinxeber.az" "Ynet"ə istinadən xəbər verir.

Məlumata görə, kabinetin iclası və liderlər arasında danışıqlar ABŞ ilə İran arasında müharibənin dayandırılması haqqında razılaşmaya dair danışıqlarda irəliləyişin əldə olunması barədə xəbərlər fonunda keçirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla mümkün sazişin bağlanması ilə bağlı nikbinliyini ifadə edərək, gələn həftə Çinə səfərindən əvvəl razılaşmanın əldə oluna biləcəyini bildirib.

Oxşar xəbərlər

Netanyahu Trampla telefon danışığı aparıb
KİV: Tramp və Netanyahu bu gün telefon danışığı aparacaq
Tramp İsrailin Baş naziri ilə telefon danışığı aparıb
Tramp və Netanyahu telefon danışığı aparır
Netanyahu Trampla İran məsələsini müzakirə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər