ABŞ İran hərbçilərinə yardım göstərən 10 şəxs və şirkətə sanksiya tətbiq edib
ABŞ-nin Maliyyə Nazirliyi İran hərbçilərinə silah və texnologiya almaqda yardım göstərdikləri iddia olunan 10 şəxs və şirkətə sanksiya tətbiq etdiyini açıqlayıb.
"Report"un məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) açıqlamasında bildirilib.
Məhdudiyyətlər Yaxın Şərq, Asiya və Şərqi Avropada yerləşən şəxslərə və şirkətlərə şamil olunub. Vaşinqtonun versiyasına görə, onlar silahların, eləcə də İranın "Şahed" seriyalı dronlarının və ballistik raket proqramının istehsalında istifadə olunan xammalın tədarükünə kömək ediblər.
Sanksiyalar siyahısına xüsusən Çin, Honkonq və BƏƏ şirkətləri, eləcə də Belarus, İran və Çin vətəndaşları daxil edilib.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton Amerika hakimiyyət orqanlarının fikrincə İran ordusuna silah tədarük edən şəxslərə və təşkilatlara məhdudiyyətlərin tətbiqinə davam edəcək.
Oxşar xəbərlər
ABŞ İrandan olan bir şəxs və beş şirkətə qarşı sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyi İranın “kölgə bankçılığına” qarşı sanksiyalar tətbiq edib
ABŞ Çin və İrana yeni sanksiyalar tətbiq edib
ABŞ husilərə kömək etdiklərinə görə şirkətlərə və gəmilərə sanksiya tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
