Barro: Hörmüz boğazı bağlı qaldıqca İrana sanksiya güzəştləri mümkün deyil
Fransanın xarici işlər naziri Jan-Noel Barro Hörmüz boğazının blokadada qaldığı müddətdə İrana qarşı beynəlxalq sanksiyaların yumşaldılması ehtimalını istisna edib.
"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, nazir bunu Fransanın RTL radiostansiyasının efirində bildirib.
"İran, ya da heç olmasa İran rejimi nüvə proqramının nizamlanması müqabilində ABŞ-nin sanksiyaları yumşaltmasına nail olmağa çalışır. Lakin Hörmüz boğazı blokadada qaldığı müddətdə sanksiyaların ləğvi əsla mümkün deyil", - Barro bəyan edib.
Fransa XİN başçısı boğazın "bəşəriyyətin ümumi sərvəti" olduğunu vurğulayıb.
"Heç bir şəraitdə onu blokadaya almaq, rüsum tətbiq etmək və ya şantaj üçün istifadə etmək olmaz", - nazir qeyd edib.
Barro həmçinin bəyan edib ki, Yaxın Şərqdə davamlı siyasi həll İran hakimiyyətinin ciddi güzəştləri olmadan mümkün deyil. Onun fikrincə, Tehran regionda dinc birgəyaşayışı təmin etmək üçün "öz mövqeyini kökündən dəyişdirməlidir".
Qeyd edək ki, mayın 6-da ABŞ Prezidenti Donald Tramp gələn həftə Çinə səfərinə qədər İranla mümkün razılaşmanın əldə olunması ilə bağlı nikbinliyini bildirib.
Oxşar xəbərlər
Barro: Fransa mülki infrastruktura yönəlmiş istənilən zərbələrə qarşıdır
Əraqçi ilə Fransanın XİN rəhbəri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər
Fransa ABŞ və İran arasında sülhün əldə olunacağına ümid edir
Jan-Noel Barro: Fransa Gorusda baş konsulluq açmağı planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
