Meksikada turistləri daşıyan avtobus aşıb, 11 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Meksikada turistləri daşıyan avtobus aşıb, 11 nəfər ölüb


Meksikanın qərbindəki Nayarit ştatında turist avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

"Sizinxeber.az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində ən azı 11 nəfər ölüb, 31 nəfər yaralanıb.

Qeyd olunub ki, Xalisko ştatından hərəkət edən avtobus sərnişinləri istirahət mərkəzinə aparırmış. Ancaq Amatlan-de-Kana şəhəri yaxınlığında nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə yerinə xilasetmə xidmətləri göndərilib və qəzanın səbəblərini müəyyən etmək üçün yol müvəqqəti bağlanıb.

Oxşar xəbərlər

Tailandda turistləri daşıyan avtobus aşıb, xəsarət alanlar var
Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb, 20 nəfər yaralanıb
Türkiyədə avtobus aşıb, bir nəfər ölüb, 32 nəfər yaralanıb
Boliviyada avtobus qəzası nəticəsində 31 nəfər ölüb
Meksikada baş verən yol qəzasında 24 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər