Boliviyada avtobus qəzası nəticəsində 31 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Boliviyada avtobus qəzası nəticəsində 31 nəfər ölüb


Boliviyanın cənubunda avtobus və yük maşınının toqquşması nəticəsində azı 31 nəfər ölüb, 22 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə polisin bəyanatına istinadən "Reuters" məlumat yayıb.

Nəqliyyat vasitələri martın 3-də səhər saatlarında magistral yolda toqquşub. Zərbə nəticəsində avtobus yoldan çıxaraq 800 metr dərinliyə malik dərəyə aşıb.

Avtobus hazırda ölkənin ən məşhur karnavalının keçirildiyi Oruro şəhərindən Potosiyə gedirmiş.

Daha əvvəl qəzada 25 nəfərin öldüyü bildirilirdi. Polis hadisənin başvermə şəraitini araşdırır.

Bu, son günlər Boliviyada baş verən ikinci ağır yol qəzasıdır. Martın 1-də Uyuni şəhəri yaxınlığında iki avtobusun toqquşması nəticəsində 37 nəfər həlak olub. Maşınlardan biri Oruroya doğru gedirdi.

Oxşar xəbərlər

Boliviyada avtobusun aşması nəticəsində 19 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peruda musiqiçiləri daşıyan avtobus dərəyə aşıb, doqquz nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peruda avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə avtobus aşıb, bir nəfər ölüb, 32 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Boliviyada ağır yol qəzasında 13 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər