Texasda təyyarə qəzasında beş nəfər ölüb
sizinxeber.az xəbər saytı

Texasda təyyarə qəzasında beş nəfər ölüb


Bu gün gecə saatlarında Ostin (Texas ştatı, ABŞ) yaxınlığında kiçik "Cessna 421C" təyyarəsinin qəzaya uğraması nəticəsində beş nəfər ölüb.

"Sizinxeber.az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə mayın 1-də yerli hakimiyyət orqanları bildirib.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının və Federal Mülki Aviasiya İdarəsinin məlumatına görə, qəzanın başvermə səbəbi araşdırılır.

Fövqəladə hallar xidmətləri hadisə yerinə gediblər. İlkin məlumatlara görə, təyyarə yüksək sürətlə hərəkət edib.

Həmçinin qeyd edilib ki, təxminən eyni vaxtda həmin ərazidə olan ikinci təyyarə Nyu-Braunfelsdə təhlükəsiz şəkildə eniş edib.

Oxşar xəbərlər

ABŞ-nin Florida ştatında təyyarə qəzaya uğrayıb, ölən var
ABŞ-də təyyarə qəzaya uğrayıb, ölənlər var
ABŞ-də təyyarə qəzası nəticəsində 4 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər