"Axios": Tramp İranla atəşkəs rejiminə yalnız həftənin sonuna qədər razıdır
sizinxeber.az xəbər saytı

"Axios": Tramp İranla atəşkəs rejiminə yalnız həftənin sonuna qədər razıdır


ABŞ Prezidenti Donald Tramp Tehranın qarşıdan gələn danışıqlarda öz şərtlərini formalaşdıra bilməsi üçün ona 3-5 günlük atəşkəs təqdim etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə "Axios" mənbəyə istinadən məlumat yayıb.

"Tramp iranlıların özlərini toparlaması üçün daha üç-beş gün atəşkəs verməyə hazırdır. Bu atəşkəs müddətsiz deyil", - mənbə qeyd edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endiriblər. Əməliyyat Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub, münaqişəyə bütün Fars körfəzi ölkələri cəlb edilib, bu da eyni zamanda Hörmüz boğazının blokadaya alınmasına gətirib çıxarıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə atəşkəs haqqında razılığa gəliblər, bu atəşkəsin müddəti aprelin 21-dən 22-nə keçən gecə başa çatıb.

Tərəflər Pakistanda münaqişənin nizamlanması üzrə danışıqlar keçirməyə çalışıblar, lakin aprelin 11-12-də keçirilən birinci raund heç bir nəticə verməyib.

Tehrana təzyiq vasitəsi olaraq ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadası barədə bəyanat verib. Öz növbəsində İran Hörmüzun artıq Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün blokadaya alındığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət dünya enerji böhranına səbəb olub.

ABŞ Prezidenti Donald Tramp aprelin 22-də İranla atəşkəs rejiminin uzadıldığını elan edib. Onun sözlərinə görə, qərar Pakistan rəhbərliyinin xahişi ilə qəbul edilib və danışıqların başa çatmasına və vasitəçilərin münaqişənin nizamlanması üzrə vahid təklifinin hazırlanmasına qədər qüvvədə olacaq. Eyni zamanda Tramp ABŞ hərbçilərinə İran limanlarının blokadasını davam etdirməyi və tam döyüş hazırlığını qorumağı tapşırıb.

Oxşar xəbərlər

Qo Tszyakun: Yaxın Şərqdə vəziyyət kritikdir
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib
Tramp İranı atəşkəs rejimini dəfələrlə pozmaqda ittiham edib
ABŞ İranla əlaqəli "Tifani" tankerini saxlayıb
Pakistanlı nazir: İran ABŞ ilə danışıqlarda iştiraka dair hələ də dəqiq cavab verməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər