Tramp İranla saziş üçün yaxşı şansın olduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp İranla saziş əldə etmək üçün "yaxşı şans"ın olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Nəşr bildirib ki, danışıqlar zamanı son anda razılaşma və ya heç olmasa atəşkəsin uzadılması əldə edilə bilər.
"Özümü yaxşı hiss edirəm. Razılaşma konsepsiyası hazırlanıb. Düşünürəm ki, onu tamamlamaq üçün çox yaxşı şansımız var", - Tramp "Axios"a qısa telefonla müsahibəsində bildirib.
Eyni zamanda, portal qeyd edib ki, Tehran İranın danışıqlarda iştirakını təkzib edir və Trampın əsl niyyətinin müharibəni yenidən başlamaq ola biləcəyini hesab edir.
Bazar günü İranın dövlət teleradio şirkəti (IRIB) planlaşdırılan danışıqlar barədə məlumatları təkzib edərək bildirib ki, Tramp administrasiyasının "əsassız və qeyri-real tələbləri, tez-tez mövqe dəyişikliyi, daimi ziddiyyətlər" və Hörmüz boğazında İran limanlarının davam edən blokadası "məhsuldar danışıqlar üçün heç bir aydın perspektiv qoymur".
Daha əvvəl Amerika nümayəndə heyətinin Pakistan paytaxtına getməsi, o cümlədən ona kimin rəhbərlik edəcəyi ilə bağlı ziddiyyətli məlumatlar yayılmışdı. Əvvəlcə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi "ABC News"a bildirib ki, vitse-prezident Cey Di Vens danışıqlara qatılacaq və İslamabadda nümayəndə heyətinə rəhbərlik edəcək. Tramp daha sonra eyni media orqanı ilə söhbətində bu açıqlamanı təkzib edərək, Vensin təhlükəsizlik səbəbləri ilə danışıqlarda iştirak etməyəcəyini vurğulayıb. Lakin qısa müddət sonra CNN Ağ Evin yüksək vəzifəli rəsmilərinə istinadən vitse-prezidentin Trampın açıqlamalarının əksinə olaraq Pakistandakı danışıqlarda Amerika nümayəndə heyətinə rəhbərlik edəcəyini bildirib.
Oxşar xəbərlər
Tramp İranla razılaşmanın yaxın iki gündə bağlanacağını güman edir
Tramp: ABŞ-ın İranla danışıqları yaxşı gedir
İranla razılaşma hələ tezdir, şərtlər yaxşı deyil - Tramp
Tramp İranla nüvə sazişi üzrə irəliləyişin əldə olunduğunu açıqlayıb
Britaniya Trampın İranla danışıqlar barədə bəyanatını alqışlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
