BVF Ukraynanın borc problemlərinin həlli üçün strategiya təqdim edib
sizinxeber.az xəbər saytı

BVF Ukraynanın borc problemlərinin həlli üçün strategiya təqdim edib


Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna ilə bağlı dörd elementli dəstək strategiyası həyata keçirir.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə BVF-nin Avropa Departamentinin rəhbəri Alfred Kammer mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bunlara büdcə gəlirlərinin artırılması və xərclərin optimallaşdırılması, Kiyev üçün əhəmiyyətli xarici maliyyələşdirmə komponentinin təmin edilməsi və borcun restrukturizasiyası daxildir.

"Buna əsaslanaraq, yuxarıda göstərilən məqsədlərə nail olunacağı təqdirdə, proqramın sonuna qədər borcun davamlı olacağını gözləyirik", - ekspert bildirib.

O əlavə edib ki, BVF-nin proqramı ölkənin balanslaşdırılmış ödənişlərə və borc dayanıqlılığına nail olmasını, həmçinin BVF proqramı və ya əlavə xarici yardım olmadan fəaliyyət göstərə bilməsini təmin etməyə yönəlib.

Oxşar xəbərlər

Şri-Lanka iflasdan çıxıb
Zelenski: Kiyev ABŞ-nin verdiyi hərbi yardımı borc kimi qəbul etməyəcək
Hesablama Palatası: Borc yükünün artması onun ödənilməməsilə nəticələnə bilər
Fitch: 2025-ci ildə gözlənilən büdcə kəsirinə baxmayaraq, Azərbaycanın fiskal buferləri güclü olaraq qalır
Azərbaycanın dövlət zəmanətli borcunun məbləği və tərkibi məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər