Madyar: Orban "Drujba" kəmərinin işi bərpa olunandan sonra Ukrayna ilə bağlı vetonu aradan qaldıracaq
Macarıstanın hazırkı Baş naziri Viktor Orban "Drujba" boru kəməri ilə neft tədarükü bərpa olunan kimi Ukraynaya 90 milyard avro məbləğində Avropa İttifaqı (Aİ) kreditinin verilməsinə qoyulan vetonu ləğv edəcək.
"Sizinxeber.az" UNİAN-a istinadən xəbər verir ki, bunu Macarıstanda parlament seçkilərində qalib gəlmiş "Tisa" partiyasının lideri Peter Madyar dövlət televiziyasına müsahibəsində bildirib.
Bu həftənin əvvəlində Madyar qeyd edib ki, Budapeşt Kiyevin 90 milyard avro almasına mane olmayacaq.
O xatırladıb ki, Aİ ilə ilkin razılaşmalara əsasən, Macarıstan kreditin verilməsində maliyyə iştirakından onsuz da imtina edəcək. Bununla yanaşı, Madyar əlavə edib ki, Budapeştdə aprelin sonuna qədər zədələnmiş "Drujba" neft kəmərinin işinin bərpa olunacağını gözləyirlər.
"Strateji neft ehtiyatları ilə bağlı vəziyyəti nəzərə alaraq, hazırkı hökumət qarşıdakı 20-30 gün ərzində baş verəcək hər şeyə görə böyük məsuliyyət daşıyır", - o bildirib.
Orban yanvar ayında Rusiya pilotsuz uçuş aparatının zərbəsi nəticəsində zədələnmiş "Drujba" boru kəməri ilə neft tədarükündə yaranan fasilələrlə bağlı Ukrayna ilə olan mübahisəyə görə vəsaitin ödənilməsini bloklamışdı.
Oxşar xəbərlər
Peter Madyar: Macarıstan Rusiya nefti almağa davam edəcək
Viktor Orban: Neft tədarükü bərpa edilməsə, Ukraynaya maliyyə dəstəyi olmayacaq
Peter Madyar enerji təhlükəsizliyini yeni hökumətin əsas prioriteti elan edib
Madyar: Biz Zelenski ilə mütləq görüşəcəyik
Aİ Macarıstanın yeni liderinə 35 milyard avroya çıxış üçün onlarla şərt irəli sürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
