Ukrayna və Almaniya 4 milyard avroluq müdafiə paketini razılaşdırıb
sizinxeber.az xəbər saytı

Ukrayna və Almaniya 4 milyard avroluq müdafiə paketini razılaşdırıb


Ukrayna və Almaniya 4 milyard avroluq irimiqyaslı əməkdaşlıq paketini razılaşdırıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov özünün teleqram kanalında bildirib.

Onun sözlərinə görə, o, almaniyalı həmkarı Boris Pistoriusla danışıqlar aparıb.

"Hava hücumundan müdafiənin gücləndirilməsi, dronların birgə istehsalı üçün ümumi məbləği 4 milyard avro olan müdafiə razılaşmaları paketi barədə anlaşdıq", - o deyib.

Razılaşmalar çərçivəsində Almaniya "Patriot" sistemləri üçün bir neçə yüz raketin tədarükünə dair müqaviləni maliyyələşdirəcək. Həmçinin, Almaniya tərəfi Ukraynaya 36 ədəd "IRIS-T" buraxılış qurğusu təqdim edəcək.

Bundan əlavə, tərəflər Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları və ya raketlərinin inkişafına 300 milyon avro məbləğində investisiya qoyulması barədə razılığa gəliblər.

Süni intellektdən istifadə etməklə zərbə dronlarının istehsalı üzrə "Build with Ukraine" birgə layihəsinin işə salınması ayrıca qeyd edilib. İlk mərhələdə Ukrayna hərbçiləri üçün 5 000 pilotsuz uçuş aparatının istehsalı planlaşdırılır.

Oxşar xəbərlər

Ukrayna və Almaniya lazer silahlar istehsal edə bilər
Almaniya Ukraynaya 5 milyard avroluq yeni hərbi yardım verməyə razılaşıb
Almaniya Ukraynaya ağır hərbi texnika verəcək
Almaniya müdafiə naziri: Ukraynaya yeni yardım paketi təqdim edəcəyik
Almaniya Ukraynaya 60 milyon avroluq hərbi yardım verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər