Stiv Uitkoff ilə Misirin XİN rəhbəri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Misirin xarici işlər naziri Bədr Əbülati İslamabad danışıqlarından sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə telefonla danışıb və regiondakı vəziyyəti müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Misir ilə ABŞ arasındakı sıx koordinasiya və davamlı məsləhətləşmələr çərçivəsində Uitkofla telefon danışığı zamanı Amerikanın danışıqlar prosesindəki mövqeyi barədə Əbdülatiyə məlumat verilib", - məlumatda bildirilib və əlavə edilib ki, misirli nazir də öz növbəsində qaldırılan bütün narahatlıqlar ətrafında konsensusa gəlmək, habelə regional təhlükəsizliyi və sabitliyi qorumaq üçün diplomatik yola sadiq qalmağın, dialoq dilini və dinc həll yollarını üstün tutmağın vacibliyini vurğulayıb:
"Cənab Uitkoff mövcud əməkdaşlığı, Misirin Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin dəstəklənməsi istiqamətindəki səylərini təqdir edərək, Misirlə mövcud koordinasiya səviyyəsini yüksək qiymətləndirib və Amerika tərəfinin bu xüsusda Misirin səylərinin davam etməsinə arxalandığını bildirib".
Dr. Badr Abdelatty, Minister of Foreign Affairs, International Cooperation, and Egyptians Expatriates, receives a phone call from Mr. Steve Witkoff, U.S. Special Envoy to the Middle East.https://t.co/3gVZLpxCfZ pic.twitter.com/s2d45XFAbP
— Ministry of Foreign Affairs of Egypt (@MFAEgOfficial) April 12, 2026
Oxşar xəbərlər
Pakistanın XİN rəhbəri ABŞ-İran danışıqları barədə misirli həmkarını məlumatlandırıb
Abdelatti İraq və Pakistandan olan həmkarları ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib
Misir XİN: Qəzza ilə bağlı danışıqlarda irəliləyiş var
Stiv Uitkoff: Rusiya Ukraynanın beş bölgəsi ilə bağlı güzəştə gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
