ABŞ qoşunlarını Böyük Britaniyadan çıxarmayacaq
sizinxeber.az xəbər saytı

ABŞ qoşunlarını Böyük Britaniyadan çıxarmayacaq


ABŞ Londonun İrana qarşı əməliyyatda iştirakdan imtina etməsinə görə öz qoşunlarını Böyük Britaniyadan çıxarmayacaq.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili "Sky News"un efirində bildirib.

Onun sözlərinə görə, Vaşinqton Londona qarşı cavab addımları atmaq, o cümlədən Amerika hərbi kontingentinin Britaniya ərazisindəki mövcudluğuna yenidən baxmaq niyyətində deyil.

Hili qeyd edib ki, bunun iki səbəbi var. Birincisi ondan ibarətdir ki, ABŞ Prezidenti Donald Tramp ardıcıl olaraq NATO müttəfiqlərindən müdafiə xərclərini artırmağı və Ukraynanı daha fəal dəstəkləməyi tələb edir. Böyük Britaniya bu tələblərə cavab verir. Nazir ikinci səbəb kimi Londonun müttəfiq qüvvələrə və ABŞ-nin ayrı-ayrı əməliyyatlarına, o cümlədən İran raketlərinin saxlanıldığı anbarlara endirilən zərbələrə verdiyi dəstəyi göstərib.

Daha əvvəl "Financial Times" mənbələrə istinadən xəbər verib ki, Tramp NATO-nun Baş katibi Mark Rütte ilə görüşdə İrana qarşı müharibəni dəstəkləməkdən imtina edən Avropa ölkələrini cəzalandırmaqla hədələyib.

Nəşrin məlumatına görə, son günlər ABŞ Prezidenti Tehrana qarşı əməliyyata qoşulmaqdan imtina etdiklərinə görə Böyük Britaniya da daxil olmaqla, bir sıra Avropa İttifaqı (Aİ) müttəfiqlərini kəskin tənqid edib. Bütün Aİ ölkələrinin ABŞ-nin tərəfində hərbi əməliyyatlarda iştirak etməkdən imtina etdiyi bildirilirdi.

Oxşar xəbərlər

Con Hili: ABŞ tamamilə NATO-ya bağlıdır
Böyük Britaniya müdafiə xərclərini artıracaq
Britaniya NATO-nun Baltik dənizindəki missiyası üçün iki təyyarə göndərəcək
NATO-nun Baş katibi Avropa İttifaqı ölkələrinə xəbərdarlıq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər