Con Hili: ABŞ tamamilə NATO-ya bağlıdır
Böyük Britaniyanın müdafiə naziri Con Hili ABŞ-nin tamamilə NATO-ya bağlı olduğunu bildirib.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Hili London müdafiə konfransında danışıb.
"ABŞ NATO-ya tamamilə sadiqdir və bundan faydalanaraq böyük töhfə verir. Biz (Böyük Britaniya - red.) Avropa tərəfindəyik və burada qalacağıq. NATO üzvləri daha çox iş görməlidir", - Hili deyib.
Daha əvvəl bildirilmişdi ki, ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinin Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilməməsindən və Qrenlandiyanı almaq planlarında irəliləyişin olmamasından narazılığını ifadə edərək, öz məsləhətçiləri ilə ABŞ qoşunlarının bir hissəsinin Avropadan çıxarılması imkanını müzakirə edib.
Tramp həmçinin sosial şəbəkələrdə, NATO da daxil olmaqla, müttəfiqlərə təzyiq göstərilməsinin zəruriliyini qeyd edib.
Oxşar xəbərlər
Britaniya NATO-nun Baltik dənizindəki missiyası üçün iki təyyarə göndərəcək
Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq hərbi yardım ayıracaq - YENİLƏNİB
NATO Baş katibi: Ukrayna həqiqətən böyük miqdarda hərbi texnika ala bilər
Böyük Britaniya müdafiə xərclərini artıracaq
Starmer: Hörmüz boğazının açılması NATO çərçivəsində həyata keçirilməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
