Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edilib
sizinxeber.az xəbər saytı

Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edilib


Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) 2026-cı ili "Aşıq Hüseyn Saraçlı ili" elan edib.

Bu barədə "Sizinxeber.az"un Gürcüstan bürosuna GAK-ın sədri Hüseyn Yusubov bildirib.

Onun sözlərinə görə, bu qərar böyük sənətkar Aşıq Hüseyn Saraçlının zəngin yaradıcılığının daha geniş təbliği və onun irsinin yaşadılması məqsədi daşıyır.

H.Yusubov qeyd edib ki, bu mnüasibətlə cari il ərzində Gürcüstanın müxtəlif bölgələrində silsilə tədbirlər təşkil olunacaq:

"Bizim əsas məqsədimiz Aşıq Hüseyn Saraçlının yaradıcılığını gənc nəslə tanıtmaq, aşıq sənətinə marağı artırmaq və bu dəyərli mədəni irsi qoruyub gələcək nəsillərə ötürməkdir".

Sədr əlavə edib ki, keçiriləcək tədbirlər çərçivəsində konsert proqramları, ədəbi-bədii gecələr, elmi konfranslar və xatirə mərasimlərinin təşkili planlaşdırılır.

Qeyd edək ki, Aşıq Hüseyn Saraçlı Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biridir və onun yaradıcılığı regionun folklor ənənələrinin inkişafında mühüm rol oynayıb.

Oxşar xəbərlər

Gədəbəy Aşıq Məktəbinə Aşıq Ələsgərin adı verilib
İlham Əliyev: Aşıq Ələsgərin abidəsinin açılması doğrudan da çox gözəl hadisədir
“Dədə Ələsgər Ocağı” İB-nin sədri: Aşıq Ələsgərlə bağlı ən dəyərli məlumatı nəvəsi toplayıb
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
Hüseyn Yusubov: II İliya müsəlmanların da qəlbində iz qoymuş lider idi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər