İraqın bütün hava limanları fəaliyyətini bərpa edib
sizinxeber.az xəbər saytı

İraqın bütün hava limanları fəaliyyətini bərpa edib


İraqın Mülki Aviasiya İdarəsi aprelin 8-dən hava məkanının açıldığını və bütün hava limanlarının fəaliyyətinin bərpa edildiyini elan edib.

"Report" xəbər verir ki, bu barədə İraq Xəbər Agentliyi (INA) məlumat yayıb.

"Vəziyyət sabitləşdikdən sonra bu gündən etibarən hava hərəkəti üçün İraqın hava məkanının yenidən açılması qərara alınıb", - agentliyin məlumatında qeyd edilib.

İraq hava limanlarında tranzit, uçuş və eniş müəyyən edilmiş qayda və təlimatlara uyğun olaraq həyata keçiriləcək.

Qeyd edək ki, ABŞ, İsrail və İran münaqişəsi səbəbindən ölkənin hava məkanı fevralın 28-dən bağlanmışdı.

Oxşar xəbərlər

İraq hava məkanını martın 22-dək bağlayıb
İraq hava məkanını bağlayıb
İran yenidən hava məkanını açır
İran hava məkanının açılması barədə xəbərləri təkzib etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər