İraq hava məkanını martın 22-dək bağlayıb
sizinxeber.az xəbər saytı

İraq hava məkanını martın 22-dək bağlayıb


İraqın aviasiya orqanları ölkənin hava məkanının bağlı qalma müddətini ən azı bazar gününə qədər uzadıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.

"Hava məkanının bağlı qalma rejimi 22 mart saat 09:00-a qədər uzadılıb", - o deyib.

Mənbə qeyd edib ki, İraq üzərində hava məkanı fevralın 28-də günün birinci yarısında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən bağlanıb.

Qeyd edək ki, fevralın 28-dən bu günə qədər İran, Küveyt və Bəhreynin hava məkanı tam, Qətərin hava məkanı isə qismən bağlıdır.

Oxşar xəbərlər

İran hava məkanını beynəlxalq reyslərə açıb
İraq hava məkanını bağlayıb
Pakistan bütün aviareyslər üçün hava məkanını bağlayıb
İordaniya İran və İsrail arasında gərginlik fonunda hava məkanını bağlayır
Bəhreyn, BƏƏ, Küveyt və İraq hava məkanını müvəqqəti olaraq bağlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər