Vens-Orban görüşündə neft müqaviləsinin elan edilməsi nəzərdə tutulur
sizinxeber.az xəbər saytı

Vens-Orban görüşündə neft müqaviləsinin elan edilməsi nəzərdə tutulur


Macarıstan ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Budapeştə səfəri zamanı ABŞ-dən neft alışı barədə müqavilə bağlamağı planlaşdırır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Macarıstanın "MOL Nyrt." enerji şirkəti təxminən 500 milyon ABŞ dolları dəyərində 500 min ton neftin alınmasını razılaşdıracaq.

Cey Di Vensin Baş nazir Viktor Orbanla mətbuat konfransı zamanı sövdələşmənin elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, Vens bu gün Macarıstana səfər edib.

Oxşar xəbərlər

Vens Macarıstanda rəsmi səfərdədir
Media: Cey Di Vens yaxın günlərdə Macarıstana səfər edəcək
Viktor Orban: "Macarıstanın türk dövlətləri ilə illik ticarət dövriyyəsi 5 milyard dolları keçib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər