Media: Cey Di Vens yaxın günlərdə Macarıstana səfər edəcək
sizinxeber.az xəbər saytı

Media: Cey Di Vens yaxın günlərdə Macarıstana səfər edəcək


ABŞ-nin vitse-prezidenti Cey Di Vens yaxın günlərdə, parlament seçkiləri ərəfəsində Macarıstana səfər etməyi planlaşdırır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, səfərin məqsədi ölkənin Baş naziri Viktor Orbana dəstək nümayiş etdirməkdir.

Mənbələr qeyd ediblər ki, rəsminin səfərinin dəqiq vaxtı hələlik məlum deyil və ABŞ-nin İrandakı hərbi əməliyyatı ilə əlaqədar vəziyyət dəyişə bilər.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-də keçiriləcək.

Oxşar xəbərlər

ABŞ-nin müdafiə naziri Cənubi Koreyaya səfər planlarından imtina edib
Vens: ABŞ İranın nüvə proqramını itki vermədən məhv edib
Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər