İsrail İranda azot turşusu istehsalı obyektinə hücum edib
sizinxeber.az xəbər saytı

İsrail İranda azot turşusu istehsalı obyektinə hücum edib


İsrail Müdafiə Qüvvələri (IDF) İranın Şiraz şəhərində azot turşusunun istehsal olunduğu neft-kimya obyektinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə IDF-nin yaydığı məlumatda deyilir.

İsrail ordusunun bəyanatında qeyd olunur ki, obyektdə partlayıcı maddələrin və raket sənayesi üçün digər materialların istehsalında istifadə edilən azot turşusu istehsal olunurdu.

Məlumata görə, eyni əməliyyat çərçivəsində İran ərazisində İsrailə qarşı hücumların həyata keçirilməsi üçün istifadə olunan digər ballistik raket obyektlərinə də zərbələr endirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Oxşar xəbərlər

ABŞ və İsrail İranın Natanzdakı atom obyektinə zərbə endirib
İsrail İrandan raket hücumu barədə məlumat verib
İran ABŞ bazalarına və İsrail obyektlərinə zərbələr endirdiyini bəyan edib
İsrail ordusu bir gündə İranda 200-dən çox obyektə hücum etdiyini açıqlayıb
Kerolayn Livitt: ABŞ əməliyyatın başlanğıcından bəri İranın 65-dən çox gəmisini batırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər