Qətərdə hərbi helikopter qəzasında həlak olan altı nəfərin meyiti tapılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qətərdə hərbi helikopter qəzasında həlak olan altı nəfərin meyiti tapılıb - YENİLƏNİB


Qətərin axtarış-xilasetmə xidmətləri ərazi sularında qəzaya uğrayan hərbi helikopterdə olan yeddi nəfərdən altısının meyitini tapıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Davam edən axtarış-xilasetmə əməliyyatının bir hissəsi olaraq, göyərtədə olan yeddi nəfərdən altısının meyiti tapılıb", - açıqlamada deyilir.

Qeyd olunur ki, xilasedicilər itkin düşmüş bir nəfərin axtarışını davam etdirirlər.

Daha əvvəl Qətərin Müdafiə Nazirliyi hərbi helikopterin ölkənin ərazi sularında texniki nasazlıq səbəbindən qəzaya uğradığını bildirib.

Qətər Silahlı Qüvvələrinin hərbi helikopteri qəzaya uğrayaraq əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, qəzaya texniki nasazlığı səbəb olub.

"Hərbi helikopter planlı tapşırığı yerinə yetirərkən qəzaya uğrayaraq Qətərin ərazi sularına düşüb. Hadisəyə texniki nasazlıq səbəb olub", - qurumun rəsmi bəyanatında qeyd olunub.

Dəqiqləşdirilib ki, hazırda ekipaj üzvlərinin və helikopterin göyərtəsində olan sərnişinlərin tapılması üçün axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Oxşar xəbərlər

Qətərdə hərbi helikopter texniki nasazlıq səbəbindən dənizə düşüb
Rusiya FHN: “Mi-8” helikopterinin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər