Kallas: Aİ Ermənistana seçkilərə xarici müdaxilənin qarşısını almağa kömək edəcək
Avropa İttifaqı (Aİ) Ermənistanın müraciəti əsasında ölkədə qarşıdan gələn parlament seçkilərinin gedişinə kibermüdaxiləyə qarşı mübarizəni dəstəkləmək üçün qrup göndərəcək.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Aİ seçkilər ərəfəsində təhdidlərə qarşı kömək etmək üçün Ermənistana hibrid çevik reaksiya qrupu göndərəcək. Regionumuzda demokratik dayanıqlığın dəstəklənməsi əvvəl olduğu kimi birinci dərəcəli əhəmiyyət kəsb edir. Biz Ermənistanı xarici müdaxiləyə qarşı tək qoymayacağıq", - o qeyd edib.
K.Kallasın sözlərinə görə, təzyiqə məruz qalan demokratik ölkələr Avropanın dəstəyinə arxalana bilərlər.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.
Oxşar xəbərlər
Kaya Kallas: Aİ Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyir
Kaya Kallas: Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır
Kaya Kallas Mirzoyanla görüşüb
Avropa İttifaqının Ali nümayəndəsi Ermənistana səfər edəcək
Kallas: Sanksiyalar sayəsində Rusiya neftini daşımaq üçün istifadə edilən kölgə donanması daralır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
