Diaspor fəalları ŞKTC-də Azərbaycanı təmsil edib - VİDEO
Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) yaşayan Azərbaycan diaspor fəalları "Alagadi" festivalında ölkəmizi layiqincə təmsil ediblər.
Sizinxeber.az xəbər verir ki, festival Çatalköy-Esentepe Bələdiyə başçısı Ceyhun Kırok tərəfindən təşkil olunub.
Tədbirin açılışını Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Çatalköy-Esentepe Bələdiyə başçısı Ceyhun Kırok, ŞKTC turizm naziri Fikri Ataoğlu, diaspor fəalı Fuad Səfərəliyev ediblər
Festivalın keçirildiyi ərazidə Azərbaycan guşəsini yaradan diaspora fəalı, iş adamı Fuad Səfərəliyev deyib ki, beş min nəfərdən çox insanın qatıldığı tədbirdə Azərbaycan layiqincə təmsil edilir.
"Bu tədbir hər il təşkil edilir. Biz isə diaspora fəalları olaraq ilk dəfədir ki, festivalda iştirak edirik. Festivalda Azərbaycan, Qazaxıstan, Türkiyə və İrandan nümayəndələr öz ölkələrinin mədəniyyətini təmsil edir. Biz də özümüzə borc bildik ki, Azərbaycanın milli mətbəxini, tarixini, geyimlərini, bir sözlə zəngin mədəni irsini nümayiş etdirək" - deyə. F.Səfərəliyev vurğulayıb.
Onun sözlərinə görə, iştirakçılar Azərbaycan guşəsinə böyük maraq nümayiş etdiriblər. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar da Azərbaycan guşəsinə yaxınlaşaraq xatirə fotosu çəkdirib.
F.Səfərəliyev həmçinin qeyd edib ki, ŞKTC-də yaşayan diaspora fəalları bütün sahələrdə aktivdirlər. Onlar 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində iştirak etmək üçün 50 nəfərlik heyət ilə Ankaraya gedərək Prezident İlham Əliyevə öz dəstəklərini nümayiş etdiriblər.
Oxşar xəbərlər
Ərdoğan: Ersin Tatarın Şuşada TDT-nin Zirvə görüşünə qatılması son dərəcə anlamlı oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qalatasaray" Teteni "Panatinaikos"a satıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Boksçu Alfonso Dominqes: Olimpiadada bütün Azərbaycan xalqını təmsil edirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












