Fuad Muradov: Düşərgədə iştirak edən gənclər diaspor quruculuğunda fəal iştirak edəcəklər
Düşərgədə iştirak edən gənclər diaspor quruculuğunda fəal iştirak edəcəklər.
"Sizinxeber.az" Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Konstitusiyavə Suverenlik İli"nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsində jurnalistlərə açıqlamasında Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
"Ənənvi olaraq Diasporla iş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilir. VI Yay Düşərgəsi Xankəndində baş tutub. 61 ölkədən 128 Azərbaycan gənci bu gözəl çıxanda 1 həftə ərzində Azərbaycan haqqında, Azərbaycanda gedən islahatlar haqqında, bu bölgədə gedən quruculuq işlərinə bağlı, eyni zamanda bizim ziyalılarımıza, şəhid ailələrilə, döyüş iştirakçılarına, idmançılarla, yəni bütün istiqamətlər üzrə uğur qazanan insanlarla görüşlər baş tutacaq. Bu gün qürurla dayı bilərik ki, hamımız xoşbəxtik ki, bu gün Xankəndindəyik. Bundan öncə bizim düşərgəmiz Laçında və Şuşada baş tutub. Ümid edirik ki, Diaspor quruculuğu işində burda iştirak edən gənclərimiz çox fəal iştirak edəcəklər. Onlar öz ölkələrinə qayıdaraq Azərbaycanda gedən proseslər haqqında, Azərbaycana qarşı klab qüvvələrə öz sözlərini deyəcəklər", - o qeyd edib.
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə keçiriləcək
Fuad Muradov: "Diaspor təşkilatları "Yaşıl dünya" naminə 50-dən çox tədbir keçirib"
Diaspor gəncləri ilə videokonfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
