Gənc şair Həsən Kür xəstəxanadan evə buraxılıb, yaddaş pozunutusu var, yeriyə bilmir
sizinxeber.az xəbər saytı

Gənc şair Həsən Kür xəstəxanadan evə buraxılıb, yaddaş pozunutusu var, yeriyə bilmir


Həsən Kür xəstəxanadan evə buraxılıb

Xəstə Həsən Zeynallı (Kür) dünən xəstəxanadan evə buraxılıb.

Bu barədə Sizinxeber.az-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib.

Həsən Kürün son vəziyyəti

Leyla Mərcan bildirib ki, Həsən Kürün əməliyyatdan sonrakı yaraları sağalmağa doğru gedir, vəziyyəti stabildir:

“Hələ ki, yeriyə bilmir, ancaq ümidvarıq ki, bir ay sonra, həkimlərin səyi nəticəsində, ayağa qalxacaq”.

KT-nin nəticəsi və mövcud problemlər

Həkim qeyd edib ki, evə buraxılmazdan əvvəl Həsən Kürün beyni Kompüter Tomoqrafiyasından keçirilib: “Nəticələrə əsasən deyə bilərik ki, beynindək qansızmalar tədricə sovrulur. Qanın tamamilə çəkilməsi üçün vaxt lazımdır. Bir qədər yaddaş pozunutusu var. Həmin istiqamətdə ambulator-müalicə təyin etmişik”.

Həsən Kürün sağlamlıq vəziyyəti

Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan tərəfindən Sizinxeber.az-ya məlumat verilib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Martın 5-də süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib, palataya köçürülüb. Martın 20-i sol ayağından əməliyyat olunan gənc şair reaninmasiyaya yerləşdirilib, daha sonra isə palataya köçürülüb. Son məlumata əsasən, hazırda Həsən Kür evdə müalicə alır.

Qeyd edək ki, şair Həsən Kür İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Oxşar xəbərlər

Gənc şair Həsən Kür əməliyyat olunub, hazırda reanimasiyadadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gənc şair Həsən Kür komadadır, süni tənəffüs aparatına qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gənc şair Həsən Kür intihara cəhd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həsən Kürün hazırki vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər