Naxçıvanda Məmməd Araza həsr olunan tədbir keçirilib
Xalq şairi Məmməd Arazın anadan olmasının 91 illiyi münasibətilə şairin Ev Muzeyində tədbir keçirilib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Xalq şairi Məmməd Arazın anadan olmasının 91 illiyi münasibətilə şairin Şahbuz rayonunun Nursu kəndindəki Ev Muzeyində tədbir təşkil olunub.
Tədbirdə tanınmış ziyalıların, həmçinin yaxın qohumlarının Məmməd Arazın həyat və yaradıcılığı haqda çıxışları dinlənilib. Natiqlər Məmməd Arazı əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və layiqli vətəndaş kimi dəyərləndıriblər.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universiteti (NDU) Tarix-filologiya fakültəsinin tələbələrinin və Nursu kənd orta məktəbinin şagirdlərinin ifasında bədii kompozisiya təqdim olunub.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.
Oxşar xəbərlər
Maestro Niyazinin anadan olmasının 112 illiyinə həsr edilmiş sərgi keçirilib
Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzində Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı tədbir keçirilib
Bakıda Abay Kunanbayevin anadan olmasının 179-cu ildönümü qeyd olunub
Muzeyin direktoru: Azərbaycan dirijorluq məktəbinin inkişafı Maestro Niyazinin adı ilə bağlıdır
Bakıda türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fraqinin yeni şeirlər toplusunun təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












