“Başlıbel: yaranışdan işğaladək” kitabı təqdim olunub - FOTO
Bu gün Mətbuat Şurasında araşdırmaçı-jurnalist Elxan Salahovun 1993-cü ildə Kəlbəcərin işğalı zamanı kütləvi qətliama məruz qalmış Başlıbel kəndi ilə bağlı yazdığı “Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimat mərasimi keçirilib.
APA xəbər verir ki, Elxan Salahov bildirib ki, bu kitabı yazmaq üçün 22 il araşdırma aparıb: “Bu faciəni 22 il ərzində araşdırmışam. 2022-ci ildən etibarən yazmağa başlamışam. Bəzən tək bir fakt üzərində aylarla çalışmışam. Bu kitabda elə cümlələr var ki, üzərində aylarla işləmişəm”.
Bildirilib ki, kitab altı hissədən ibarətdir.
Kitabda kəndin ilkin məskunlaşma zonası kimi formalaşmasından işğala qədərki dövrü əhatə edən məlumatlar toplanıb.
Çıxışçılar deyib ki, "Başlıbel: yaranışdan işğaladək" kitabı maddi və mənəvi baxımdan fundamental bir əsərə çevriləcək, kitab üzərində gələcəkdə tarixçilər tədqiqatlar aparacaq.
Qeyd edilib ki, Başlıbeldə baş verən faciəyə insanlığa qarşı törədilmiş cinayətin bir epizodu kimi yanaşılmalıdır.
Təqdimat mərasimdə "Qanlı Kaha"nın izi ilə Başlıbel faciəsini özündə əks elətdirən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, 1993-cü ilin aprelində Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakin xilas olmaq məqsədilə mağaraya sığınıb, lakin ermənilər onların yerini aşkarladıqda silahlı hücuma keçərək qətliam törədiblər. Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunub. Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olub və bugünədək itkin hesab olunanlar var. Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.
Oxşar xəbərlər
Ulucay Akifin kitabı Təbrizdə çap olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Başlıbel faciəsinin ildönümüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabının təqdimatı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərhum yazıçı Günel Eminlinin "Kimya gündəliyi" adlı kitabı çap edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“150 ilin söhbəti” kitabı nəşr olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












