Ağdam sakini: Xocalı soyqırımının gecəsi idi, uşaqlarımı götürüb çıxdım
sizinxeber.az xəbər saytı

Ağdam sakini: Xocalı soyqırımının gecəsi idi, uşaqlarımı götürüb çıxdım


Ağdamdan 17 yaşından çıxan sakin 33 ildən sonra doğma yurduna qayıtdığı üçün sevincli idi.

"Sizinxeber.az" xəbər verir ki, bunu Ağdam şəhərinə yola salınan Namiq Cabbarov deyib.

"Ağdamdan çıxanda 17-18 (19 – red.) yaşım var idi, şükürlər olsun ki, 33 ildən sonra gözəl, doğma Ağdamıma qayıdıram", - o bildirib.

Hazırda 52 yaşı olan Namiq Cabbarov Ağdama beş nəfərdən ibarət ailəsi ilə qayıdır.

Şövkət Xəlilova da Ağdama qayıdanlar arasında idi: "Necə sevincliyəmsə, fikrimi dilə gətirə bilmirəm. Xocalı soyqırımının gecəsi idi, iki uşağımın əlindən tutub çıxdım. İndi həmin uşaqlarla - nəvəli, nəticəli gedirəm".

Anar Tahirov isə 1992-ci ildə Xocavəndin Qaradağlı kəndindən məcburi köçkün düşüb. "Oradan çıxanda beş yaşım var idi", - Anar Tahirov deyib və əlavə edib ki, uşaqlıqdan ayrı düşdüyü doğma yurduna qayıtmağı səbrsizliklə gözləyir.

Qeyd edək ki, bu gün Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanı yola salınır.

Oxşar xəbərlər

Keçmiş məcburi köçkün: Yuxularımda Ağdama gedirdim, qayıtmaq istəmirdim
Keçmiş məcburi köçkün: 13 yaşımda didərgin düşdüyüm Sarıcalıya beş uşağımla qayıdıram
Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur"
Cəbrayıl sakini: Ağrılı-acılı günlər keçmişdə qaldı
Keçmiş məcburi köçkün: "Ən böyük arzumuz bu gün çin olur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər