Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə gülünc doğurur – RƏY
Avropa Parlamenti adlanan, demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən, bir qrup məsuliyyətini anlamayanlardan ibarət "parlamentarilərin" mövcud olduğu bir "qurumun" ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə hər birimizdə gülünc doğurur. Bu əsassız, ittiham və qərəzlə dolu qətnamə sadəcə əhəmiyyətsiz bir kağız parçasıdır.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, "sənəddə" Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır:
"Bu cür yanaşmalar regionda baş verən proseslərin mahiyyətini təhrif etməklə yanaşı, Azərbaycanın suveren hüquqlarına və daxili işlərinə müdaxilə cəhdidir. 2023-cü ildə Azərbaycan dövləti Konstitusiyamıza uyğun olaraq Qarabağda yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası ilə bağlı plan irəli sürmüşdü. Ancaq buna baxmayaraq, erməni sakinlər regionu könüllü əsasda tərk etmişdilər. Bu faktı inkar və ya fərqli şəkildə təqdim etmək isə nankorluqdur.
Sual olunur ki, niyə Avropa Parlamenti torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, etnik təmizləməyə, bir milyondan çox qaçqın və məcburi köçkünün insan hüquqlarına davamlı şəkildə etinasız yanaşmışdı? Hesab edirəm ki, bu sual onların kimliyini ortaya qoyur. Demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən Avropa Parlamentinin Azərbaycana qarşı iddialar səsləndirməyə, "qətnamələr" qəbul etməyə hüquqi və mənəvi haqqı yoxdur".
S.Salmanova qeyd edib ki, kağız parçasında "müharibə əsirləri" kimi təqdim edilən erməni əsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışlar hüquqi baxımdan qəbuledilməzdir:
"Barələrində məhkəmə hökmü çıxarılmış şəxslərin isə terrorçuluq, təxribat və hərbi cinayətlər daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş şəxslərdirlər. Eyni zamanda, Azərbaycan tərəfi humanistlik nümayiş etdirərək bəzi şəxsləri sülh mühitinin möhkəmləndirilməsi məqsədilə Ermənistana təhvil verilib. Bu, ölkəmizin sülh gündəliyinə sadiqliyinin və regionda etimadın bərpasına yönəlmiş siyasətinin göstəricisidir. Bir sözlə, Avropa Parlamentinin qərəzli qətnaməsi sülh gündəliyi prosesinə maneə yaratmaq məqsədi güdür. Biz bu kağız parçalarını ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir və qətiyyətlə rədd edirik".
Oxşar xəbərlər
AB səfiri XİN-ə çağırıldı: nota təqdim edildi
Aİ səfiri Azərbaycan XİN-ə çağırılıb, ona etiraz notası təqdim olunub
Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsini pisləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
