Ölkə başçısının sərəncamı sel və daşqınlara qarşı qabaqlayıcı tədbirlərə yönəldilib - RƏY
Prezident İlham Əliyevin sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncam bilavasitə vətəndaşların mənafelərinin qorunmasına, onlara dəyən ziyanın aradan qaldırılmasına, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə yönəldilib.
Bu fikri "Report"a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
O qeyd edib ki, sərəncamda göstərildiyi kimi, bu il yağan güclü leysan yağışları, daşqınlar bir çox təsərrüfatlara ciddi ziyan vurub:
"Kənd təsərrüfatına, infrastruktur sahələrinə, yol, körpü, elektrik obyektlərinə, yaşayış evlərinə dəyən ziyan, əlbəttə ki, dövlətin, prezidentin diqqət mərkəzindədir və bu məsələlərin araşdırılması, tədbirlərin görülməsi üçün əlavə tapşırıqlar verilib. Bu Sərəncamda bilavasitə dəymiş ziyanın aradan qaldırılmasına, bərpasına təmir tikinti işlərinin vaxtında həyata keçirilməsinə yönəldilib".
Deputat xatırladıb ki, ölkə rəhbərinin sərəncamına əsasən, Prezidentin Ehtiyat Fondundan 86 milyon manata yaxın vəsait ayrılıb:
"Bu vəsaitin müvafiq orqanlar arasında bölünərək, əsaslı tədbirlər görülməsinə istiqamətləndirilib. Bu, ölkə rəhbərinin bilavasitə insanlara, ev sahiblərinə, sahibkarlara qayğı və diqqətinin əyani nümunəsidir. Sərəncam göstərir ki, ölkə rəhbəri hər zaman vətəndaşlarının yanındadır, dəstək verir və ən çətin vaxtlarda belə insanların tələbatının ödənilməsi üçün lazımı sənədlərin imzalanmasını təmin edir".
Qeyd edək ki, aprelin 28-də Prezident İlham Əliyev Sərəncam verərək sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 85 milyon manatdan artıq vəsait ayırıb. Bu vəsaitdən Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 600 manat və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 260 manat vəsait ayrılacaq.
Oxşar xəbərlər
Prezident bunun üçün 86 milyon manat ayırdı
Tərtərdə dolu kənd təsərrüfatına ciddi ziyan vurub
Tərtərdə dolu kənd təsərrüfatına ciddi ziyan vurub - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
