Keşlədə sökülmüş evin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək
Bakı şəhəri Xətai rayonu Keşlə qəsəbəsində sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.
"Sizinxeber.az"un xəbərinə görə, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.
Sərəncama əsasən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmir-bərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım veriləcək (qiymətləndirmə xərcləri daxil olmaqla), həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayəhaqları ödəniləcək (bank xərcləri daxil olmaqla).
Eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 "b" ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə də birdəfəlik maddi yardım ödəniləcək.
Oxşar xəbərlər
Prezident sərəncamı: Onlara maddi yardım ödəniləcək
FHN bir sıra rayonlarda leysan yağışları ilə bağlı yaranan fəsadların aradan qaldırılması üçün tikinti işləri aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
