Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub- YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub- YENİLƏNİB


Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 397 nəfərdən ibarət 110 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Sevil Seymur

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Sizinxeber.az" xəbər verir ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 110 ailə - 397 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Oxşar xəbərlər

Böyük Qayıdış: Ağdam şəhərinə daha 92 ailə yola salınıb
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb - YENİLƏNİB
Ağdamın Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
Böyük Qayıdış: Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər