Əməkdar artist: Azərbaycan mədəniyyətinin təqdimatı yüksək səviyyədə aparılır
Azərbaycan mədəniyyətinin təqdimatı yüksək səviyyədə aparılır.
Bu fikirləri “Report”un Bişkekə ezam olunmuş əməkdaşına açıqlamasında Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Milli Filarmoniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş simfonik konsertdən sonra Əməkdar artist Əyyub Quliyev bildirib.
Əməkdar artist Qırğızıstan tamaşaçıları qarşısında çıxış etməkdən məmnunluğunu ifadə edib:
“Bu bir neçə gün Qırğızıstanda Azərbaycan mədəniyyətinin təntənəsi hiss olunmaqdadır. Həm musiqiçi kimi, həm də vətəndaş kimi bu günlərdə pay sahibi olduğum üçün fəxr edirəm. Azərbaycan mədəniyyəti və onun zəngin tarixinin təqdimatı yüksək səviyyədə aparılır, eləcə də Qırğızıstan ictimaiyyəti bunu yüksək qiymətləndirilir”.
Ə.Quliyev konsert proqramının repertuarına toxunub:
“Bu gecə dahi Üzeyir Hacıbəyovun 140 illiyinə həsr olunub. Heç də təsadüfi deyil ki, açılışı da məhz onun “Koroğlu” üvertürası ilə etdik. Biz qalib xalqıq, bu bəstə də Azərbaycanın zəfərinin təntənəsidir”.
Oxşar xəbərlər
Bişkekdə Üzeyir Hacıbəylinin 140 illliyi münasibətilə simfonik konsert təqdim olunub
Gəncə Dövlət Filarmoniyasının solistləri Naxçıvanda çıxış ediblər - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
