"Mamagama" qrupu Niderlandda “Eurovision in Concert” tədbirində ilk canlı çıxışını gerçəkləşdirib
Azərbaycanın "Avroviziya 2025" mahnı müsabiqəsindəki təmsilçisi "Mamagama" qrupu aprelin 5-də Niderlandın paytaxtı Amsterdamda keçirilmiş ənənəvi “Eurovision in Concert” tədbirində iştirak edərək ilk dəfə canlı çıxışını gerçəkləşdirib.
"Sizinxeber.az" xəbər verir ki, "Mamagama" qrupu səhnədə "Avroviziya 2025" üçün təqdim etdiyi “Run With U” adlı mahnısını canlı şəkildə ifa edərək tamaşaçılardan böyük alqış qazanıb. Onların enerjili çıxışı və vizual performansı tədbirin yaddaqalan anlarından biri kimi dəyərləndirilib.
Konsertdən əvvəl baş tutan mətbuat konfransı zamanı isə Mamagama qrupu müxtəlif ölkələrdən gəlmiş media nümayəndələrinin suallarını cavablandırıb, öz yaradıcılıqları, Avroviziya təcrübəsi və musiqi mesajları barədə ətraflı məlumat verib. Təmsilçilər eyni zamanda digər iştirakçılarla da tanış olaraq müsabiqə öncəsi münasibət qurublar.
Qeyd edək ki, hər il baş tutan, Avroviziya mövsümünün simvolik tədbirlərindən biri kimi tanınan “Eurovision in Concert” müsabiqə öncəsi təmsilçilərə geniş auditoriya qarşısında özlərini təqdim etmək, ifalarını sərgiləmək və media ilə birbaşa ünsiyyət qurmaq imkanı yaradır. Bu il tədbirdə 27 ölkənin təmsilçisi çıxış edib və onların arasında Azərbaycan da xüsusi maraqla qarşılanıb.
Tədbirin təşkilatçılarına görə, bu il "Eurovision in Concert" üçün 6 000-dən artıq bilet satılıb, bu isə tədbirin nə qədər böyük maraq doğurduğunun göstəricisidir. Əsas auditoriyanı Avropanın müxtəlif ölkələrindən gəlmiş Avroviziya azarkeşləri təşkil edir.
Xatırladaq ki, "Avroviziya 2025" mahnı müsabiqəsi bu il İsveçrənin Bazel şəhərində keçiriləcək və Mamagama qrupu may ayında baş tutacaq şounun birinci yarımfinalında 10 nömrə altında səhnə alacaq.
Oxşar xəbərlər
“Mamagama” qrupu Niderlandda “Eurovision in Concert” tədbirində iştirak edib
Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlanıb
Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlanıb - FOTO
Azərbaycanın "Avroviziya" təmsilçisinin ifa edəcəyi mahnı məlum olub
“Avroviziya” 2025-ci ildə İsveçrənin Bazel şəhərində keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












