Parisdə "Ulduzların simfoniyası" konserti keçirilib, türk dünyasından nümunələr səsləndirilib
sizinxeber.az xəbər saytı

Parisdə "Ulduzların simfoniyası" konserti keçirilib, türk dünyasından nümunələr səsləndirilib


Parisdə Azərbaycanın dahi mütəfəkkiri Nizami Gəncəvinin poemasının adından götürülərək yaradılan "Yeddi gözəl" qrupunun ifasında "Ulduzların simfoniyası" konserti keçirilib.

"Sizinxeber.az"un Fransa bürosunun məlumatına görə, tədbir Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə 8 Mart - Beynəlxalq Qadın Gününə həsr olunub.

Konsert zamanı Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan istedadlı musiqiçilərin iştirakı ilə türk dünyasının zəngin musiqi irsindən nümunələr səsləndirilib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxışında ölkədə qadın hüquqlarının əhəmiyyətindən bəhs edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin XX əsrin əvvəllərində qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olduğunu vurğulayıb, bu addımın cəmiyyətin irəliləyişinə verdiyi töhfəni xüsusilə qeyd edib.

Diplomat bildirib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan qadınların hüquqlarının qorunmasına, onların ictimai və siyasi həyatdakı rolunun gücləndirilməsinə daim önəm verib. Dövlətin qadın və kişi bərabərliyinin təmin olunmasına göstərdiyi siyasi iradə bu istiqamətdə atılan mühüm addımlardan xəbər verir.

Eyni zamanda tədbir çərçivəsində azərbaycanlı dizayner Sevil Əhmədovanın qədim və incəsənət nümunələrindən biri olan kəlağayıların yer aldığı "Azərbaycanın ipək zərifliyi" adlı unikal sərgisi də nümayiş olunub.

Oxşar xəbərlər

İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Leyla Abdullayeva ilə Paşinyan debata çıxdı
Tahir Gözəl Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşüb
Zəngilanın Ağalı kəndində bayram konserti təşkil edilib - FOTO
Parisdə “Divanü Lüğat-it-Türk”ün 950-ci ildönümü ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər