Moskvada Polad Bülbüloğlunun yubiley konserti keçirilib
Moskvada Dövlət Kreml Sarayında müğənni, bəstəkar və aktyor, Azərbaycanın xalq artisti, diplomat Polad Bülbüloğlunun 80 illik yubileyi münasibətilə konsert keçirilib.
“Report”un Rusiya bürosunun məlumatına görə, tamaşaçılar arasında Azərbaycan və Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri, Polad Bülbüloğlunun yaradıcılığının pərəstişkarları olub.
Yubilyarı səhnədən Rusiyanın xalq artistləri Lev Leşşenko, Sergey Bezrukov, SSRİ xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın xalq artistləri Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyeva, Özbəkistanın xalq artisti Fərrux Zakirov, həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblı, O. Lundstrem Dövlət Kamer Caz Orkestri, Y.V. Silantyev Akademik Böyük Konsert Orkestri təbrik edib.
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının əməkdar jurnalisti Mixail Qusman və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxışlarında Polad Bülbüloğlunun təkcə müğənni və bəstəkar deyil, həm də bütöv bir epoxanın nümayəndəsi olduğunu qeyd edərək, onun mahnılarının nəsilləri birləşdirən, milli musiqini zənginləşdirən irs olduğunu vurğulayıblar.
“Kreml Sarayındakı bu yubiley konserti bir daha göstərdi ki, Polad Bülbüloğlunun sənəti zamanın sınağından çıxıb və bu gün də sevilir. O, unikal yaradıcılığı və tükənməz enerjisi ilə insanlara ilham verməyə davam edir”, – çıxış edənlər diqqət çəkiblər.
Oxşar xəbərlər
Kreml Sarayında Polad Bülbüloğlunun yubiley konserti keçirilib - FOTO
Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verilib
Sergey Lavrov Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib
Xalq artisti Fatma Mahmudova insult keçirib
Fərrux Zakirova “Xalq artisti” fəxri adı verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












