“Səma xanımı” filminin təqdimatı keçirilib
“Səma xanımı” filminin təqdimatı keçirilib.
“Report” xəbər verir ki, film Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr olunub.
“Səma xanımı” filmi Azərbaycan Televiziyası, “Azərbaycan Hava Yolları” QSC və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə ekranlaşdırılıb və xronometrajı 30 dəqiqə təşkil edir.
Peşəsinə sevgisi və qəhrəmanlığı ilə tarixdə iz qoymuş Leyla Məmmədbəyova ilk təyyarəçi qadın olmaqla yanaşı, həmçinin SSRİ-nin ikinci qadın paraşütçülərindən biri kimi də tanınıb.
Filmdə Leyla xanımın qadınların bir çox məhrumiyyətlərinin olduğu 1930-1933-cü illərdə mübarizəsi, məcburi örtük olan çadradan imtinası, qorxmazlığı, möhkəm iradəsi bədii xəttlə göstərilib. Eləcə də, cəmiyyətin qınağına baxmayaraq, həyat yoldaşı Bəhramın ona bu mübarizədə dəstəyi diqqətə çatdırılıb. Filmdə tamaşaçıya Leylanın oxumaq istəyi, Bakı Təyyarəçilər Məktəbinə qəbulu, uğurlu tələbə olması, ilk sərbəst uçuşu və daha sonra paraşütdən tullanışı çatdırılır.
Filmin əsas məqsədi böyük işlər görmüş tarixi şəxsiyyətlərimiz haqqında ictimaiyyəti, eləcə də bütün dünyanı məlumatlandırmaqdır.
Oxşar xəbərlər
"Tağıyev" filminin çəkilişləri başa çatıb, premyerası olacaq
“TAĞIYEV: NEFT” bədii filmi kinoteatrlarda təqdim olunacaq
“Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib
"Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçirilib - FOTO
“Azərbaycan gözəli” Leyla Bədirbəylinin doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












