COP29 zamanı İçərişəhərdəki muzeylərin iş saatı uzadılacaq
COP29 zamanı İçərişəhərdəki muzeylərin iş saatı uzadılacaq.
Bakıda keçiriləcək COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində İçərişəhərin muzeyləri və təqdim olunan turizm xidmətləri qonaqlar üçün uzadılmış iş rejiminə uyğun olaraq fəaliyyət göstərəcək.
"Report" xəbər verir ki, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Yeraltı hamam və Bakı Fotoqrafiya Evi göstərilən tarixlərdə 10:00-dan 22:00-dək turistlərin ziyarətinə açıq olacaq.
Eləcə də, Turist Məlumat Mərkəzi həmin tarixlərdə 10:00-dan başlayaraq, saat 22.00-dək ziyarətçilərə piyada və elektromobil ilə qrup və ya fərdi turlar, İçərişəhərin tarixi məkanlarını daha yaxından öyrənmək istəyən qonaqlar üçün müxtəlif dillərdə bələdçi xidməti təklif ediləcək.
Oxşar xəbərlər
Azərbaycanda keçiriləcək COP29 çərçivəsində tədbirlərdə altı rəsmi dilə tərcümə olacaq
COP29-a gələnlərə görə milli parklarda yeni turist marşrutları yaradılıb
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
COP29-da qeydiyyatdan keçənlərin ilkin sayı açıqlanıb
COP29 konfrans məkanında ibadət otaqları təşkil ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













