Gəncə Dövlət Filarmoniyasının Kamera zalının ərazisində qanunsuz tikinti işlərinin qarşısı alınıb
Gəncə şəhərində ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Gəncə Dövlət Filarmoniyasının Kamera zalının (Alban məbədi) mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması faktı qeydə alınıb.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, bir müddət əvvəl abidənin ətrafı dəmir materialdan hazırlanmış hasarla əhatə olunmuş, görülən tədbirlər nəticəsində həmin hasar sökülmüşdü. Lakin ötən gün mühafizə zonasında mişar daşından yeni hasarın tikilməsinə cəhd göstərilib. Bu gün səhər saatlarında qanunsuz tikinti sökülüb, işləri aparan şəxslərə isə xəbərdarlıq edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının abidələrin qorunması ilə bağlı qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.
Abidənin mühafizəsinin təmin olunması, onun orijinallığının və tarixi dəyərinin qorunması istiqamətində birgə tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət olunub.
Oxşar xəbərlər
Qubada qanunsuz tikinti sökülüb
Bakıda memarlıq abidəsinə müdaxilə edilib, söküntü işləri dayandırılıb
Bakının Yeni Suraxanı qəsəbəsində qanunsuz tikinti faktları aşkar edilib
Gəncə şəhərində qanunsuz tikililər sökülüb
Gəncədə qanunsuz tikinti FHN tərəfindən sökülüb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












