İçərişəhərdə səyahət avtobusları fəaliyyətə başlayıb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yeni nəqliyyat xidməti fəaliyyətə başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, sakinlər və qonaqlar əsas marşrutlar üzrə rahat, ekoloji təmiz, əlverişli və sürətli hərəkət etmək üçün qolfkar-avtobuslardan istifadə edə bilərlər.
Marşrut xətti Qız Qalası qarşısından başlayaraq Qüllə küçəsi, Kiçik Qala, Vəli Məmmədov, Asəf Zeynallı və Böyük Qala küçələrindən keçir, daha sonra yenidən Qız Qalası önündə yerləşən son dayanacaqla tamamlanır. Qoruğun ən çox istifadə olunan yollarını əhatə edən bu xətt üzrə ümumilikdə 10 dayanacaq müəyyən edilib. İlkin mərhələdə iki qolfkar xəttə buraxılıb. İstifadəçi sayı artdıqca xəttə buraxılacaq nəqliyyat vasitələrinin sayı da artırılacaq.
Marşrutun planlaşdırılmasında turistik və mədəni obyektlərə yaxınlıq xüsusi nəzərə alınıb. Sərnişinlər bu nəqliyyat vasitəsindən istifadə edərək Qız Qalası, Şirvanşahlar Sarayı, Maqsud İbrahimbəyovun ev muzeyi kimi önəmli mədəni məkanlara rahatlıqla gedə bilərlər.
Qolfkar-avtobuslardan istənilən şəxs məhdudiyyətsiz şəkildə istifadə edə bilər. 10 yaşına qədər uşaqlar və yaşı 60-dan yuxarı olan sərnişinlər üçün xidmət ödənişsizdir. Digər sərnişinlər üçün qiymət 1 manatdır. İlkin olaraq iş saatları 14:00-dan 22:00-dək müəyyən edilib.
Elektriklə işləyən qolfkar-avtobuslar ətraf mühitə zərər vermir, səs-küy yaratmır, tarixi abidələrin qorunmasına uyğun ekoloji standartlara cavab verir və İçərişəhər ərazisində nəqliyyat vasitələrinin hərəkət intensivliyini azaltmağa xidmət edəcək..
Oxşar xəbərlər
COP29: İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?
Qız Qalası meydanında “Vyetnam Günləri”nə həsr olunan mədəni-əyləncəli proqram keçiriləcək
Frank-Valter Ştaynmayer İçərişəhərlə tanış olub - FOTO
Qala Qoruğu “Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası”na üzv seçilib
AYNA: Bakıda 165 nömrəli marşrutun avtobusları yenilənir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












