Yalçın Adıgözəlov: Arif Babayev Azərbaycan muğam ifaçılığının görkəmli nümayəndəsi idi
sizinxeber.az xəbər saytı

Yalçın Adıgözəlov: Arif Babayev Azərbaycan muğam ifaçılığının görkəmli nümayəndəsi idi


Arif Babayev həyatda olanda biz hamımız qollu-qanadlı idik.

“Report” xəbər verir ki, bunu Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı jurnalistlərə açıqlamasında Bakı Musiqi Akademiyasının (BMA) dirijorluq kafedrasının professoru, Xalq artisti Yalçın Adıgözəlov deyib.

“Azərbaycan mədəniyyəti üçün kədərli gündür. O, Azərbaycan muğam ifaçılığının, Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi idi. O böyük bir meyar idi”, - Xalq artisti əlavə edib.

Y.Adıgözəlov mərhum sənətkarın yolunun layiqincə davam etdiriləcəyinə inandığını bildirib.

Oxşar xəbərlər

Nazirlik: Arif Babayev milli musiqi sənətinin inkişafında böyük xidmətlər göstərib
Xalq artisti: Arif Babayev kimi sənətkarlar yüz ildən bir gəlir
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib
Xalq artisti Arif Babayev vəfat edib
Arif Babayev Fəxri xiyabanda dəfn olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər