Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir, vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilir.
APA xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli iyulun 29-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.
Qəbuldan öncə nazir Adil Kərimli və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Qəbul zamanı Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar, əsasən, işlə təmin olunma, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Mədəniyyət naziri vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Qəbulda iştirak edən şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqət göstərilib, onların müraciətlərinə vaxtında baxılması məqsədilə qeydiyyat aparılaraq nəzarətə götürülüb.
Oxşar xəbərlər
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Şirvan şəhərində vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Adil Kərimli serbiyalı həmkarı ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












