“İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilk iclası keçirilib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilk iclası keçirilib.
Bu barədə "Sizinxeber.az"a Qoruq İdarəsindən məlumat verilib.
Məlumata görə, iclasda “İcərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə Heyətini sədri Rüfət Mahmud çıxış edərək Elmi Şuranın yaradılmasının tarixi və mədəni irsin qorunması baxımından mühüm addım olduğunu bildirib.
O, İçərişəhərdə tarixi abidələrin muzeyləşdirilməsi, “Ağıllı Qoruq” layihəsi, rəqəmsal monitorinq sistemləri, təbii və mədəni irsin qorunması istiqamətində həyata keçirilən qlobal vəzifələr haqqında məlumat verib.
Qeyd olunub ki, elmi fəaliyyət yalnız akademik deyil, eyni zamanda turizm və ictimai maarifləndirmə baxımından da əhəmiyyət daşıyır.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və ölkənin aparıcı elmi və muzey qurumlarının nümayəndələri – AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru, dosent Fərhad Quliyev, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Azadə Hüseynova çıxış ediblər.
Tədbir çərçivəsində Elmi Şuranın gələcək fəaliyyət istiqamətləri, ekspozisiyaların elmi əsaslarla təşkili, nəşrlər və tədqiqat layihələri müzakirə olunub.
Qeyd edək ki, Elmi Şura muzeyin elmi-ekspozisiya, tədqiqat, bərpa və metodiki fəaliyyətinin sistemli təşkili, elmi yanaşmaların tətbiqi və idarəetmədə keyfiyyətin artırılması məqsədilə yaradılıb.
Oxşar xəbərlər
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib
Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri vəzifəsindən çıxarılıb
Qala Qoruğu “Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası”na üzv seçilib
MM dövlət siyahısına daxil edilən abidələrə vahid qaydada pasport verilməsini ilk oxunuşda təsdiqləyib
Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən azad edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
