Elçin Hami Axundov: "Peşəkar animatorların yetişməsi üçün mütləq kurs açılmalıdır"
sizinxeber.az xəbər saytı

Elçin Hami Axundov: "Peşəkar animatorların yetişməsi üçün mütləq kurs açılmalıdır"


Peşəkar animatorların yetişməsi üçün mütləq kurs açılmalıdır.

Bu fikirləri "Sizinxeber.az"a müsahibəsində animasiya rejissoru, kino rəssamı, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov deyib.

O bildirir ki, əgər kurs açılarsa məmnuniyyətlə animasiyanın qanunlarını, klassik animasiyanı istəyənlərə öyrədə bilər:

"Kursu bitirdikdən sonra onlar film çəkməyə başlayacaqlar. Mən illər əvvəl texnikumda cizgi filmləri rejissoru fakültəsində dərs deyirdim. Auditoriyada 10 nəfər qız, 1 oğlan vardı. Gördüm qızlar güzgü qoyub özlərini bəzəyir. Dedim gəlin əvvəldən danışaq ki, bu işi kim öyrənmək istəyir. 3 qız və 1 oğlan dedi ki, biz öyrənmək istəyirik, başladım onlarla işləməyə. 2 qız əla nəticə göstərdi. Amma o qrupu başa çatdırıb, çıxdım, qala bilmədim. Əslində fakültə özü yanlış idi. Yaxşı, cizgi filmləri rejissoru yetişdirirdi. Bəs bu rejissor texnikumu bitirib hansı aktyorla işləyəcək, animator lazımdır. Animator şəkil çəkən aktyordur. Mən o vaxt “Azanfilm” kinostudiyasının direktoru olanda, dostlarımın uşaqları burada işləmək istəyirdilər. Gördüm yaxşı şəkil çəkirlər, amma aktyorluqları yoxdur. Ona görə seçim edirdim. Seçim edəndə də mütləq idi ki, mən o aktyorluğu onlarda görəydim", - animator əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Animator: "Qeyri-etik cizgi filmləri gərək ekrana çıxarılmasın"
Üçüncü kurs tələbəsi faciəvi şəkildə öldü
12 yaşlı qızını 32 yaşlı kişiyə nişanlayan ata DANIŞDI
Şuşa Teatrı yeni mövsümü “Molla Nəsrəddini tapın” tamaşasının premyerası ilə açacaq
Teatrda böyük QALMAQAL: “Qoyduğu tamaşalar səviyyəsizdir, yaradıcı heyət də ondan narazıdır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle